Peşəkar fəaliyyətimə media və kommunikasiya sahəsində başlamışam. Televiziya və jurnalistika təcrübəsi mənə insanları anlamağı, auditoriya ilə əlaqə qurmağı, aydın mesajlar yaratmağı və təsirli hekayələr danışmağı öyrədib.
Bu gün kreativ düşüncəni biznes strategiyası və data ilə birləşdirərək doqquz bazarda brendlərin inkişafı, lokallaşdırılması və marketinq kommunikasiyaları üzərində çalışıram.
Karyeram ərzində müxtəlif şirkətlərdə marketinq və kommunikasiya proseslərinə rəhbərlik etmişəm. Bəzi şirkətlərdə marketinq strukturunu sıfırdan qurmuş, digərlərində isə mövcud sistemi yeni biznes məqsədlərinə uyğun inkişaf etdirmişəm.
Mən marketinqi yalnız reklam və kommunikasiya fəaliyyəti kimi görmürəm. Mənim üçün marketinq bazarı anlamaq, biznes imkanlarını müəyyənləşdirmək, brend üçün fərqləndirici mövqe yaratmaq və bu mövqeni nəticəyə çevirən sistem qurmaqdır.
Gəlin brendinizin yalnız bu gün harada olduğunu deyil, gələcəkdə hara çata biləcəyini də müzakirə edək.